Rusiya yığması indiyədək İspaniyaya qalib gələ bilməyib
24.06.2008 - 10:35
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Rusiya futbol yığması XIII Avropa çempionatının startınadək İspaniya milli komandasının qapısına qol vura bilməmişdi. “APA-Sport” agentliyinin məlumatına görə, Avstriya və İsveçrədə keçirilən qitə birinciliyinin yarımfinalında görüşəcək Rusiya və İspaniya komandaları indiyədək 4 dəfə üz-üzə gəlib. 2004 və 2008-ci il Avropa çempionatlarının final mərhələsinin qrup oyununda qarşılaşan komandalar ilk dəfə pley-offda münasibətlərini aydınlaşdıracaq. Dörd il əvvəl 1:0 hesabı ilə qalib gələn ispaniyalılar bu dəfə də rəqibini üstələyə bilmişdi - 4:1. Bu qarşılaşmada Roman Pavlyuçenkonun vurduğu qol Rusiya yığmasının tarixinə ispaniyalıların qapısına vurulan ilk top kimi düşüb. Belə ki, bu turnirə qədər keçirilən digər iki matçda da şimallılar rəqib qapısına yol tapmayıb. Baş tutan yoldaşlıq görüşlərindən biri 0:0, digəri isə 1:0 hesabı ilə başa çatıb. Rusiya ilə 4 matçın 3-də qalib gələn pireneylilər top fərqində də üstündür – 6:1.
- Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirilib
- Paraüzgüçümüz şəxsi rekordunu yeniləyib
- APA Jurnalist Məktəbi növbəti təlim kursuna start verib - FOTO
- Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb
- Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib
0
0