Azərbaycan milli komandası reytinq cədvəlində bir pillə irəliləyib
24.06.2008 - 10:37
Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq Qılıncoynatma Federasiyası az öncə ABŞ-ın Las-Veqas şəhərində keçirilən Qran-Pri turnirinin yekununa əsasən yeni reytinq cədvəlini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, bu nüfuzlu yarışda iştirak edən Azərbaycanın sablya üzrə milli komandasının üzvlərinin mövqeyində dəyişiklik qeydə alınıb. Yığmamızın rusiyalı legioneri Janna Muradqızı (26 xal) 16 pillə irəliləyərək 77-ci sıraya yüksəlib. 24 pillə irəliləyən Səbinə Əmrahzadə (24 xal) 81-ci yeri tutub. Siyahıdakı digər iki təmsilçimiz bir pillə geriləyib. Sevil Bünyatova (6 xal) 172-ci, Aidə Ələsgərova (4 xal) 194-cü olub. Milli komandamızın mövqeyində də dəyişiklik baş verib. Bir pillə yüksələn yığmamız 131 xalla 33 komandanın sıralamasında 14-cüdür.
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
0
0