Azərbaycanda avarçəkmənin kanoe polo növü inkişaf etdiriləcək
24.06.2008 - 11:06
Bakı. Elşən Məmmədov – APA-Sport. Azərbaycanda avarçəkmənin kanoe polo növü inkişaf etdiriləcək. «APA-Sport» agentliyinin məlumatına görə, bu məqsədlə məşqçi Cavad İbrahimov İranın paytaxtı Tehrana ezam olunub. Kanoe polo növünün populyarlıq qazandığı qonşu ölkədə C.İbrahimov İran yığma komandasının məşqlərinə qatılacaq. O, iyulun 3-dək təcrübə toplayacaq.
Qeyd edək ki, kanoe polo qeyri-Olimpiya və komanda növüdür. Bu növ üzrə qaydalar 1987-ci ildə Beynəlxalq Kanoe Federasiyası tərəfindən təsdiqlənib. Qaydalara əsasən, kanoe polo yarışları 23X35 metr ölçüyə malik düzbucaq formalı hovuz və ya göldə keçirilir. Əsas heyəti 5 nəfərdən ibarət olan komandalar su polosu üçün nəzərdə tutulan topla çıxış edirlər. Topla həm əl, həm də avarla oynamaq mümkündür. Oyun hər biri on dəqiqəlik olmaqla, iki hissədən ibarətdir. Bu müddətdə daha çox qol vuran komanda qalib gəlir. Hazırda Hərbi Dəniz Qüvvələrinin İdman Klubu nəzdində avarçəkmə hovuzunda kanoe polo növü ilə məşğul olanlar üçün də bölmə fəaliyyət göstərir. Hazırda ölkəmizdə avarçəkmənin akademik, kayak və kanoe növləri inkişafdadır.

- Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirilib
- Paraüzgüçümüz şəxsi rekordunu yeniləyib
- APA Jurnalist Məktəbi növbəti təlim kursuna start verib - FOTO
- Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb
- Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib
0
0