Yens Lemann: “Qələbə qazanacağımıza söz verə bilmərəm”
24.06.2008 - 16:58
Bakı. Kənan Həsənov - APA-Sport. “Türkiyəyə qarşı çox isti münasibətim var. Sadəcə, idmanda deyil, almanların və türklərin əlaqəsi yaxşı olduğundan onlara qarşı oynamağı sevirəm. Türkiyə böyük bir ölkədir və insanları hörmətə layiqdirlər. Gəncliyimdə Essendə bir neçə türk dostum vardı”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Almaniya milli komandasının qapıçısı Yens Lemann söyləyib. Sabah Avropa çempionatının yarımfinalında Türkiyə ilə oynayacaqlarını xatırladan 39 yaşlı qapıçı qələbə qazanmaq üçün əlindən gələni edəcəyini bildirib: “Qələbə qazanacağımıza söz verə bilmərəm. Amma bunun üçün əlimdən gələni edəcəyəm”.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0