Azərbaycanın kamandan oxatanı Dünya Kubokunda 129-cu yeri tutub
25.06.2008 - 10:18
Bakı. Aqşin Əliyev - APA-Sport. Fransanın Boe şəhərində kamandan oxatma üzrə Dünya Kubokunun 4-cü mərhələsi start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanın şərəfini Emil Akçurin qoruyur. Recurve növündə mübarizə aparan həmyerlimiz təsnifat mərhələsində uğursuzluğa düçar olub. Ümumilikdə 72 ox atan E.Akçurin 720 mümkün xaldan 592-ni toplayıb. Nəticədə 27 yaşlı idmançı 155 nəfər arasında 129-cu yeri tutub. O, ilk “64-lüy”ə düşə bilmədiyindən final mərhələsinə adlamağı bacarmayıb. Sabah Dünya Kuboku çərçivəsində XXIX Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarış başlanacaq. Bu, E.Akçurinin olimpiadaya vəsiqə qazanması üçün son şansı olacaq.
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib
- Fərid Qayıbov: “Yarışın əsas məqsədi idmanın kütləviliyinə nail olmaqdır”
- "Üzgüçülük hamı üçün" turnirinin açılış mərasimi keçirilib
- ACES Europe prezidenti: “Bakı dünyanın ən vacib şəhərlərindən biridir”
0
0