Azərbaycan sərbəst güləşçiləri Avropa çempionatının ilk günündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar
25.06.2008 - 10:37
Dauqavpils. Elşən Məmmədov - APA-Sport. Latviyanın Dauqavpils şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələr arasında Avropa çempionatı start götürüb. Əvvəlcə mübarizəyə sərbəst güləşçilər qoşulublar. Azərbaycan pəhləvanları yarışın ilk günündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar. Bu haqda “APA-Sport” agentliyinə yığmamızın baş məşqçisi Firdovsi Umudov məlumat verib. Onun sözlərinə görə, 50 kq çəki dərəcəsində mübarizə aparan Nicat Muradov bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aslanbek Alborov (85 kq) finalda uduzaraq, gümüş medala sahib çıxıb. Bürünc medala isə Nurlan Hacıyev (58 kq) layiq görülüb. Qalan idmançılarımıza gəldikdə, Çingiz Qaxacov (42 kq) V, Pərviz Axundov (69 kq) isə VII yeri tutub. Bu gün daha 5 sərbəst güləşçimiz - Toğrul Əsgərov (46 kq), Hadı Əliyev (54 kq), İbrahim Yusubov (63 kq), Fərid Mustafayev (76 kq) və Aslan Cəbişov (100 kq) döşək üzərinə çıxacaq.
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
0
0