Azərbaycan otüstü hokkey yığması Ukraynaya qalib gəlib
25.06.2008 - 11:39
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın 21 yaşadək oğlanlardan ibarət otüstü hokkey üzrə milli komandası (U-21) Ukraynanın Vinnitsa şəhərində keçirilən təlim-məşq toplanışını başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, hokkeyçilərimiz hazırlıq prosesi çərçivəsində ukraynalı həmyaşıdları ilə 3 yoldaşlıq görüşündə qüvvəsini sınayıb. İlk oyunda 3:7 hesabı ilə məğlub olan yığmamız növbəti matçda minimal fərqli qələbə qazanıb - 5:4. Üçüncü qarşılaşmada isə tərəflər hərəyə 3 qol vuraraq, heç-heçəyə razılaşıblar. U-21 Avropa çempionatına hazırlığı Belarusda davam etdirəcək. Bu məqsədlə milli komandamız bu gün Vinnitsadan Minskə yollanacaq. Yığmamız burada meydan sahibləri, Ukrayna və Rusiyanın iştirak edəcəyi beynəlxalq turnirə qatılacaq. 21 yaşadək qızlardan ibarət milli komandamız isə 27 iyun – 2 iyun aralığında Vinnitsada təlim-məşq toplanışında olacaq.
- III MDB Oyunları üçün rəsmi onlayn platforma istifadəyə verildi
- Ermənistan Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirak edəcək?
- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotları bəlli olub
- Üzgüçülərimiz Çexiyada 17 medal qazanıblar
- Azərbaycan Qran Prisi 2025-in könüllü proqramının qeydiyyat mərhələsi rekordla yadda qalıb
0
0