Sesk Fabreqas: “Ruslar sabah bizdən əvəz çıxmağa çalışacaq”
25.06.2008 - 14:14
Bakı. Mehman Süleymanov - APA-Sport. “Rusların əla yığma komandası var. Onlar turnirin startında nəyə qadir olduqlarını göstərməmişdilər”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri İspaniya yığmasının yarımmüdafiəçisi Sesk Fabreqas deyib. 20 yaşlı yarımmüdafiəçi komanda yoldaşlarını Rusiya ilə sabahkı görüşdə ehtiyatlı olmağa çağırıb: “Rəqibimiz oyundan-oyundan artıraraq, daha da güclü olur. Yəqin ki, ruslar sabah meydanda əvəz çıxmaq istəyilə mübarizə aparacaqlar. Biz ən yaxşı onu edə bilərik ki, İnsburkda qazandığımız 4:1 hesablı qələbəni unudaq. Bu yalnız qrup turnirində bir oyun idi. Bundan sonra rəqiblərimizin səhvlərini düzəltmək imkanı olub. Ruslar uğursuz start götürsə də, sonradan lazımi anda tez artıra bildilər. Onların ¼ finalda Hollandiya yığmasına qarşı oyunu əla alındı. Biz rəqibə belə tez-tez hücum etməyə verməməliyik”.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0