Türkiyə milli komandasının heyəti açıqlanıb
25.06.2008 - 16:39
Bazel. Elşən Məmmədov - APA-Sport. Bu gün keçiriləcək Avropa çempionatının yarımfinal matçında Almaniya milli komandası ilə qarşılaşacaq Türkiyə yığmasının heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, “ay-ulduzlular” İsveçrənin Bazel şəhərindəki “Sent Yakob-Park” stadionunda təşkil olunacaq görüşə 4-5-1 taktiki düzülüşü ilə çıxacaqlar. Baş məşqçi Fatih Terim qapıda Rüştü Rəcbərə, müdafiədə Səbri Sarıoğlu, Gökhan Zan, Hakan Balta və Uğur Borala, yarımmüdafiədə Gökdəniz Karadəniz, Mehmet Aurelio, Mehmet Topal, Həmid Altıntop və Kolin Kazıma, hücumda Semih Şəntürkə şans verəcək.
Almaniya yığmasının təqribi heyəti isə aşağıdakı futbolçulardan ibarət olacaq: Yens Lemann – Klemens Frits, Per Mertezaker, Kristof Metselder, Filipp Lam – Bastian Şvaynştayger, Mixael Ballak, Torsten Frinqs, Marsel Yansen (Tomas Hitslşperger) – Lukas Podolski, Miroslav Kloze.
Bakı vaxtı ilə saat 23:45-də başlanacaq oyunu isveçrəli referi Massimo Buzakka idarə edəcək.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0