UEFA Almaniya - Türkiyə matçı ilə bağlı rəsmi bəyanat yayıb
26.06.2008 - 10:33
Bakı. Mehman Süleymanov - APA-Sport. UEFA Almaniya və Türkiyə yığmaları arasında keçirilən Avropa çempionatının yarımfinal oyunu ilə bağlı rəsmi bəyanat yayıb. “APA-Sport” agentliyinin məlumatına görə, qitə futbol qurumu Avropanın bütün ölkələrində matçın teleyayımının fasilələrlə kəsilməsinə aydınlıq gətirib. Məsələ ondadır ki, Avstriyada çaxan güclü şimşək nəticəsində paytaxt Vyanada yerləşən beynəlxalq yayım mərkəzində enerji təchizatı kəsilib: “Almaniya - Türkiyə oyunu zamanı beynəlxalq yayım mərkəzində siqnal bir neçə dəfə texniki səbəbdən kəsilib. Bununla bağlı araşdırılma aparılıb və indi demək olar ki, yayımdakı problemlər Vyanada çaxan şimşəklə bağlı olub”.
Qeyd edək ki, dünən axşam Vyanada külək saatda 100 kilometr sürətlə əsib.
Qeyd edək ki, dünən axşam Vyanada külək saatda 100 kilometr sürətlə əsib.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0