Azərbaycanın ən titullu karateçisi Rafael Ağayev Dünya Kubokuna aparılmayıb
26.06.2008 - 14:16
Azərbaycanın ən titullu karateçisi Rafael Ağayev Dünya Kubokuna aparılmayıb
Eslov. Elşən Məmmədov - APA-Sport. Azərbaycanın uşaqlar, yeniyetmələr, gənclər və kişilərdan ibarət karate yığma komandaları İsveçin Eslov şəhərinə yollanıblar. Karate Federasiyasının mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumatına görə, idmançılarımız sabah start götürəcək Dünya Kubokunda mübarizə aparacaqlar. Üç gün davam edəcək yarışda ən titullu idmançımız Rafael Ağayev çıxış etməyəcək. Birqat dünya və beşqat Avropa çempionu zədə səbəbindən turnirə aparılmayıb. Əvəzində məşqçilər Vahid Eyvazovla Anar Allahverdiyev Eslovda 21 idmançının xidmətindən yararlanacaqlar. Uşaqların yarışında oğlanlardan Elmar Səlimov (40 kq), Şamil Quliyev, Ruslan Süleymanov (43 kq), Səid Quliyev, Asiman Qurbanlı (hər ikisi +50 kq), Zaur Məmmədli (55 kq), Tural Ələkbərli (+55 kq), qızlardan Fəridə Abdullayeva (+50 kq) və Fəridə Abiyeva (55 kq) kumitedə çıxış edəcəklər. Yeniyetmələrdən Ülvi Ələkbərli (70 kq), Salman Balayev (75 kq), Orxan Heydərli (+75 kq) oğlanlar, Aynur Məmmədova isə qızlar arasında 51 kq-da və açıq çəkidə mübarizə aparacaqlar. Gənclərdən yalnız Ceyhun Əliyev (+80 kq) yarışacaq. Böyüklərin mübarizəsinə gəldikdə, kişilərdən Vüsal Mədətov, Niyazi Əliyev (hər ikisi 65 kq), Taleh Babayev (70 kq), Müşfiq Cəbrayılov (+80 kq) kumite döyüşlərinə çıxacaq. Elmira Babayeva isə qadınlar arasında həm 60 kq-dan yuxarı, həm də açıq çəkidə qüvvəsini sınayacaq. Nəhayət, kata yarışlarına yalnız bir nəfər – Ruslan Süleymanov qatılacaq.
0