Xavi Ernandes Avropa çempionatlarının tarixinə düşüb
27.06.2008 - 10:03
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İspaniya milli komandasının oyunçusu Xavi Ernandes Avropa çempionatlarının tarixinə düşüb. “APA-Sport” agentliyinin məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi qitə çempionatlarının final mərhələlərində yubiley – 500-cü qolun müəllifi olub. Avstriya və İsveçrədə keçirilən XIII Avropa çempionatının ikinci yarımfinal oyununda Rusiyanın qapısına ilk qolu vuran X.Ernandes bu turnirlərdə yubiley qolunun müəllifi olan ilk ispaniyalı futbolçu olub. Bu matçadək final mərhələlərində baş tutan 202 qarşılaşmada 499 top vurulmuşdu. Belə ki, 4 il əvvəl Portuqaliyada keçirilən turnirin son qolunu vurub Yunanıstan yığmasını çempion edən Angelos Haristeas çempionatlar tarixində 426-cı topun müəllifi idi. XIII çempionatda isə bu görüşədək 73 dəfə (A qrupunda 17, B qrupunda 10, C qrupunda 14, D qrupunda 16, ¼ finalda isə 11, ilk yarımfinalda 5) qapıçılar məyus olmuşdu.
Final mərhələlərinin yubiley qolları
1-ci qol – Milan Qaliç (Yuqoslaviya), 06.07.1960, Yuqoslaviya – Fransa 5:4
100-cü – Alen Jiress (Fransa), 16.06.1984, Fransa – Belçika 5:0
200-cü – Kim Vilfort (Danimarka), 26.06.1992, Danimarka – AFR 2:0
300-cü – Zlatko Zaxoviç (Sloveniya), 18.06.2000, İspaniya – Sloveniya 2:1
400-cü – Tyeri Anri (Fransa), 21.06.2004, İsveçrə - Fransa 1:3
500-cü – Xavi Ernandes (İspaniya), 26.06.2008, İspaniya – Rusiya 3:0

- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0