Mirça Luçesku: “Türkiyəlilər son gülləyədək vuruşmağa öyrəşiblər”
27.06.2008 - 11:55
Bakı - APA-Sport. “Son vaxtlar Türkiyə milli komandası dünya və Avropa çempionatlarının final mərhələlərində bir qayda olaraq, yaxşı nəticə göstərir. Yaxın keçmişi, 2002-ci ildə keçirilən dünya birinciliyini xatırlamaq yerinə düşür. Həmin çempionatda türkiyəlilər bürünc medala layiq görüldülər. Deməli, onların Avro-2008-i üçüncü pillədə başa vurmaları heç də təəccüblü deyil”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi Mirça Luçesku Türkiyə yığmasının Avropa çempionatındakı çıxışını şərh edərkən deyib. Vaxtilə İstanbulun “Qalatarasay” və “Beşiktaş” komandalarında işləmiş M.Luçesku qitə birinciliyinin yarımfinalında “ay-ulduzlular”ın Almaniyaya (2:3) uduzmasının səbəbini belə izah edib: “Almaniya ilə oyun öncəsi Türkiyə yığmasının heyətində ciddi itki var idi. Zədəli və cəzalı 9 futbolçu matçı buraxmaq məcburiyyətində qalmışdı. Buna baxmayaraq, rəqib bir az təcrübəsiz olsaydı, türkiyəlilər finala vəsiqə qazanacaqdılar”. 53 yaşlı rumıniyalı çalışdırıcı Türkiyə milli komandasının üzvlərində özünəinam hissini yüksək qiymətləndirib: “Türkiyə klublarında işlədiyim vaxt futbolçular adətən taktiki və texniki səhvlər buraxırdılar. Bir dəfə də olsun yadıma gəlmir ki, onlara inamsız görünmələri ilə bağlı nöqsan tutum. Türkiyəlilər son gülləyədək vuruşmağa öyrəşiblər. Avropa çempionatında Almaniya oyun nizam-intizamı, İspaniya bəzi futbolçuların fərdi ustalığı, Rusiya fantastik fiziki hazırlıq, Türkiyə isə özünəinam hissi sayəsində Avropa çempionatının yarımfinala qədər irəliləməyi bacardı”.
Qeyd edək ki, Türkiyə yığması Avstriya və İsveçrədə keçirilən Avro-2008-in bürünc medalını qazanıb.
Qeyd edək ki, Türkiyə yığması Avstriya və İsveçrədə keçirilən Avro-2008-in bürünc medalını qazanıb.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0