Luis Araqones Avropa çempionu olan ən yaşlı məşqçi kimi tarixə düşüb
30.06.2008 - 14:54
Luis Araqones Avropa çempionu olan ən yaşlı məşqçi kimi tarixə düşüb
Bakı. Mehman Süleymanov - APA-Sport. İspaniya milli komandasının baş məşqçisi Luis Araqones Avropa çempionatları tarixinə düşüb. “APA-Sport” agentliyinin məlumatına görə, L.Araqones məşqçi kimi ən yaşlı qitə çempionu adını qazanıb. İspaniyalı çalışdırıcı bu uğura 70 illik yubileyinə bir ay qalmış, Avstriya və İsveçrədə keçirilən Avropa çempionatında qazanıb. Bununla da, L.Araqones 4 il öncə Yunanıstan yığmasının baş məşqçisi postunda Avropa çempionu tituluna yiyələnən almaniyalı Otto Rehagelin rekordunu təzələyib. O.Rehagel 66 yaşında qitə birinciliyinin qalibi olub. Hər halda, o, Avropa çempionu olan baş məşqçilər arasında yeganə əcnəbi kimi tarixə düşüb. Yunanıstan istisna olmaqla, digər milli komandalara qızıl medalları yerli mütəxəssislər qazandırıblar. Qitə çempionları arasında milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts da var. Onun Avropa çempionatındakı şəxsi rekordu ən azı 2012-ci ilədək qırılmayacaq. Belə ki, B.Foqts həm futbolçu, həm də baş məşqçi kimi qitə birinciliyinin qalibi olan yeganə şəxsdir. Almaniyalı futbolçu qismində 1972-ci ildə Avropa, bundan iki il sonra dünya çempionu olub. B.Foqtsun digər rekordu isə iyunun 29-da yekunlaşan Avropa çempionatında yenilənib. Yığmanın çalışdırıcısı kimi qitənin mötəbər futbol turnirində ən çox oyun (37) keçirən almaniyalının rekordunu isveçli həmkarı Lars Laqerbak qırıb. Onun baş məşqçisi olduğu İsveç milli komandası 1/4 finala çıxa bilməsə də, qrupda keçirilən üç oyun L.Laqerbekin B.Foqtsu qabaqlamasına (38) kifayət edib.

Avropa çempionu olan bütün baş məşqçilər:

1

2

3

4

5

1960

Fransa

SSRİ

Qavriil Kaçalin

17.01.1911

1964

İspaniya

İspaniya

Xose Vilyalonqa

04.12.1919

1968

İtaliya

İtaliya

Serluicco Valkaredji

12.02.1919

1972

Belçika

AFR

Helmut Şön

15.09.1915

1976

Yuqoslaviya

Çexoslovakiya

Vatslav Jejik

01.10.1923

1980

İtaliya

AFR

Yupp Dervall

10.03.1927

1984

Fransa

Fransa

Mişel İdalqo

22.03.1933

1988

AFR

Hollandiya

Rinus Mihels

09.02.1928

1992

İsveç

Danimarka

Riçard Möller-Nilsen

19.08.1937

1996

İngiltərə

Almaniya

Berti Foqts

30.12.1946

2000

Belçika və Hollandiya

Fransa

Roje Lemyer

18.06.1941

2004

Portuqaliya

Yunanıstan

Otto Rehagel

08.09.1938

2008

Avstriya və İsveçrə

İspaniya

Luis Araqones

28.07.1938



Qeyd: 1 - çempionatın keçirildiyi il, 2 - çempionatın keçirildiyi ölkə, 3 - çempionatın qalibi, 4 - çempion yığmanın baş məşqçisi, 5 - təvəllüdü
0