Azərbaycan yığması Beynəlxalq Hokkey Federasiyasının yeni reytinq cədvəlində mövqeyini qoruyub
01.07.2008 - 10:58
Bakı. Aqşin Əliyev - APA-Sport. Beynəlxalq Hokkey Federasiyası (FİH) kişilərdən ibarət otüstü hokkey üzrə milli komandaların növbəti reytinq cədvəlini dərc edib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan yığması doqquz aylıq fasilədən sonra açıqlanan siyahıda mövqeyini qoruyub. Hesabında 38 xal olan milli komandamız 50-ci pillədə qərarlaşıb. Saleh Hüseynovla Yusif Qasımovun rəhbərlik etdiyi kollektivin reytinq cədvəlində irəliləyə bilməməsinin obyektiv səbəbi var. Belə ki, otüstü hokkeyçilərimiz son vaxtlar beynəlxalq yarışlara qatılmayıblar. 75 komandanın yer aldığı siyahının ilk “üçlüy”ündə dəyişiklik yoxdur. Planetin ən güclü yığması əvvəlki kimi, Avstraliya (1560) hesab olunur. Almaniya 1443 xalla ikinci, Hollandiya isə 1364 xalla üçüncü yeri tutub.
- “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib
- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
0
0