Ümumdünya Boks Təşkilatı Əli İsmayılovu yenə İspaniya vətəndaşı kimi təqdim edib
01.07.2008 - 11:45
Birinci ağır çəki dərəcəsində (90,719 kq) WBO Latino versiyası üzrə “qızıl kəmər”in sahibi olan 34 yaşlı həmyerlimiz İspaniya vətəndaşı qismində göstərilib.
Azərbaycan Peşəkar Boks Federasiyasının vitse-prezidenti Araz Abdullayev “APA-Sport”a açıqlamasında məsələdən xəbərsiz olduqlarını və WBO-ya yenidən müraciət edəcəklərini bildirib: “Reytinq açıqlananda biz bu məsələni qabartmışdıq. Müraciətimizi anlayışla qarşılayıb, texniki qüsuru tezliklə aradan qaldıracaqlarına söz vermişdilər. Biz də problemin həllini tapdığını düşünürdük. Azərbaycan bayrağını ucaldan Əli İsmayılovun İspaniya boksçusu kimi təqdim edilməsi qəbulolunmazdır. Problemi yoluna qoymaq üçün artıq bu gün WBO rəsmiləri ilə əlaqə saxlayacağam”.

- Fərid Qayıbov: “Yarışın əsas məqsədi idmanın kütləviliyinə nail olmaqdır”
- "Üzgüçülük hamı üçün" turnirinin açılış mərasimi keçirilib
- ACES Europe prezidenti: “Bakı dünyanın ən vacib şəhərlərindən biridir”
- Elnur Məmmədov: “Dünya İdman Paytaxtı” seçilməsi Bakıya yeni imkanlar açır”
- Bakı “Dünya İdman Paytaxtı” elan olunub - FOTO
0
0