Avropa çempionatına yollanacaq Azərbaycan güləş yığmalarının heyəti açıqlanıb
01.07.2008 - 12:19
Bakı. Elşən Məmmədov - APA-Sport. İyunun 15-də Slovakiyanın Koşitse şəhərində start götürəcək Avropa çempionatına qatılacaq gənclərdən ibarət Azərbaycanın sərbəst, yunan-Roma və qadınlardan ibarət yığma komandalarının heyəti müəyyənləşib. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Güləş Federasiyasının rəsmisi Mətləb Abdullayev məlumat verib. Onun sözlərinə görə, altı gün davam edəcək qitə birinciliyində yalnız sərbəst güləşçilərimiz 8 mümkün çəki dərəcəsinin hamısında təmsil olunacaqlar. Baş məşqçi Arif Abdullayev Xanlar Şirəliyev (50 kq), Yaşar Əliyev (55 kq), Etimad Qurbanov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Pərviz Məmmədov (74 kq), Roman Bəkirov (84 kq), Səbuhi Məmmədov (96 kq) və Murad Murtuzəliyevin (120 kq) xidmətindən yararlanacaq. Yunan-Roma güləşçilərimiz 7 çəkidə mübarizə aparacaqlar. Baş məşqçi Ağalar Aslanovun sərəncamında Xurşud Babaşov (50 kq), Həsən Əliyev (55 kq), Kamran Məmmədov (60 kq), Tural Hüseynov (66 kq), Rafiq Hüseynov (74 kq), Araz Həsənov (84 kq) və Aydın Səfərov (96 kq) olacaq. Qadın güləşinə gəldikdə, millimizin heyətində böyüklər arasında Avropa çempionu Mariya Stadnik (48 kq), eləcə də Mariya Qradyuk (51 kq) və Sona Əhmədli (59 kq) yer alacaq.
Avropa çempionatının ilk iki günündə qadınlar, iyunun 17-18-də yunan-Roma, son iki gün ərzində isə sərbəst güləşçilər döşək üzərinə çıxacaqlar.
Avropa çempionatının ilk iki günündə qadınlar, iyunun 17-18-də yunan-Roma, son iki gün ərzində isə sərbəst güləşçilər döşək üzərinə çıxacaqlar.
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb
- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
0
0