Cüdoçularımız İrəvandan qayıtdılar
14.09.2009 - 18:31
İrəvanda keçirilən gənc cüdoçular arasında Avropa çempionatına qatılan Azərbaycan nümayəndə heyəti az öncə Vətənə dönüb. Apasport.az saytının məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılar təntənəli surətdə qarşılanıb. Düşmən ölkədə 5 medal qazanan cüdoçularımızın qarşılamağa milli geyimdə olan rəqqaslar, incəsənət xadimləri, idman ictimaiyyətinin nümayəndələri çıxıblar.
Öncə qarşılayanlar önünə yarışın ilk günündə medal qazanan 3 idmançı çıxıb. Onlar İrəvanda qazandıqları uğura görə sevindiklərini bildirib. İdmançılar Azərbaycan torpaqlarını işğal edən ölkədə bayrağımızı qaldırdıqlarından məmnun qaldıqlarını söyləyiblər.
Qeyd edək ki, Hava Limanından birbaşa ölkə prezidenti İlham Əliyevin qəbuluna yollanan idmançılar oradan Respublika Sarayının qarşısındakı Heydər Əliyev parkına gedəcəklər.

- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
- Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
0
0