Milli komandamız bukmekerlərin proqnozlarını dəyişdirdi
20.09.2010 - 14:00
Sabah Rusiyanın Xantı-Mansiysk şəhərində Ümumdünya Şahmat Olimpiadasının I turuna start veriləcək. Apasport.az saytının məlumatına görə, 158 ölkədən 1400-ə yaxın şahmatçının mübarizə aparacağı yarışda bukmekerlər ilkin proqnozlarını dəyişiblər.
İlk açıqlanan siyahıda Azərbaycanın kişilərdən ibarət milli komandasını ikinci pillədə “görən” Rusiyanın marathonbet.com saytı artıq həmyerlilərimizin gümüş medala sahib olacaqlarına inanmırlar. Buna səbəb isə Vüqar Həşimovun yığmada yer almaması olub. Onların son proqnozlarına görə, qızıl medalı Rusiya-1, gümüş medalı isə Ukrayna komandası qazanacaq. Azərbaycanın zəka sahibləri ilə Rusiyanın ikinci yığmasının şansını bərabərləşdirən “qumarbazlar” üçüncü yer uğrunda mübarizənin bu komandalar arasında gedəcəyi qənaətindədirlər. Onlar hər 2 yığmanın çempionluq şanslarını 10 əmsalla qiymətləndiriblər.
Qeyd edək ki, Olimpiadada 155 kişi, 118 qadın komandası qüvvəsini sınayacaq.

0
0