İspaniyanın "Sevilya" klubu "Marcet" akademiyasına seçilən bir neçə azərbaycanlı futbolçunu izləyir.
Apasport.az xəbər verir ki, bunu ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov "Mingəçevir" futbol klubu ilə tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.
O, detallar barədə ətraflı danışmaq istəməyib:
"Sirrləri çox açmaq istəmirəm. Ümumiyyətlə, bəzi azərbaycanlı futbolçuların Avropada oynamasını istəyirik. Futbolçularımızın bu cür akademiyaları bitirib ölkəmizdə yüksək səviyyədə futbol oynayacağına ümidliyik. "Mingəçevir" də bu cür futbolçulardan ibarət olacaq".
Rafael Bunyatov İspaniyanın "Barselona" klubuna məxsus olan qapıçı Eldar Tağızadənin icarə əsasında "Tudelano"da çıxış etdiyini xatırladıb.
- Ayxan Abbasov: "Mikels "Şamaxı"da qalacaq" - Müsahibə
- "Mingəçevir"in yeni prezidenti: "2 il ərzində Premyer Liqaya yüksəlmək istəyirik"
- Tural Piriyev: "Mingəçevir"in I Liqadakı yerini qoruyub saxlaması əsas hədəfdir"
- "Mingəçevir" sponsorunu tapdı - imzalanma mərasimi keçirildi
- “Neftçi”dən növbəti transfer: Yapondan sonra o da komandaya qoşulur