Zamiq Əliyevin komandası səfərdə məğlub oldu
21.11.2026 - 01:10
Zamiq Əliyevin komandası səfərdə məğlub oldu

Albaniya Superliqasında XII turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” səfərdə “Skenderbeu” ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Zamiq Əliyev qarşılaşmaya start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, məğlubiyyətə baxmayaraq, “Eqnatiya” 27 xalla turnir cədvəlində liderliyini qoruyub.