Futbolçularımız üçün danimarkalı hakim
22.09.2010 - 12:37
Futbolçularımız üçün danimarkalı hakim
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Avstriya – Azərbaycan oyununun baş hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, oktyabrın 8-də, Vyana şəhərindəki Ernst Happel stadionunda baş tutacaq görüşü danimarkalı Nikolay Vollkvarts idarə edəcək. 45 yaşlı ədalət təmsilçisi 1999-cu ildən FİFA referisidir.

Danimarkalı əvvəllər də millimizin oyunlarında fit çalıb. Vollkvarts 2001-ci il iyunun 6-da yığmamızın DÇ-2002-nin seçmə mərhələsi çərçivəsində Slovakiyanı məğlub etdiyi matçda (2:0) Bakıya gəlmişdi. 2005-ci il martın 26-da isə danimarkalı Varşavadakı fiaskonun şahidi olub. Həmin matçda Polşa yığması futbolçularımızı 8:0 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, Vyanadakı qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Mənbə: affa.az
0