
Ukrayna millisinin və “Arsenal”ın futbolçusu Aleksandr Zinçenko Almaniyaya qayıtmağa hazırlaşır.
Apasport.az “Sky Sport”a istinadən xəbər verir ki, ukraynalı “Borussiya”ya keçə bilər.
Dortmund təmsilçisi son günlər “Arsenal”dan ayrılmaq istəyən futbolçunun agenti ilə danışıqlar aparıb. Eyni zamanda, “topçular” Zinçenkonu 20 milyon avroya almaq hüququ ilə icarəyə götürmək imkanını nəzərdən keçirməyə hazırdır.
Bu mövsüm Zinchenko 11 matçda qol vurmadan qeydə alınıb. 28 yaşlı futbolçu “Ufa”, “Mançester Siti”, PSV klublarında oynadıqdan sonra 2022-ci ildə “Arsenal”a keçib. Onun London təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
- Rafa Silva “Əl-Əhli”nin transfer hədəfindədir
- “Çelsi” Jorjinyo Rutter transferi üçün hərəkətə keçib
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- Almaniyalı qapısını tərk edib komanda yoldaşlarına kömək etdi - VİDEO