Avropa Şurasına üzv ölkələrin idman nazirlərinin Bakıda keçirilən qeyri-formal 18-ci konfransı başa çatıb
22.09.2010 - 18:53
Avropa Şurasına (AŞ) üzv ölkələrin idman nazirlərinin Bakıda keçirilən qeyri-formal 18-ci konfransı işini başa vurub. Apasport.az saytının məlumatına görə, iki ildən bir toplaşan idman nazirlərinin “Gülüstan” Sarayında keçirilən görüşündən sonra müzakirələrlə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə AŞ-nin idman sahəsinin də daxil olduğu Baş Direktorluğunun rəhbəri xanım Qabriella Battaini-Draqoni, AŞ-nin İdman haqqında Genişləndirilmiş Hüdudlu Sazişinin prezidenti Jan-Lük Janişevski, Məşvərət Komitəsinin sədri Predraq Manoyloviç, WADA-nın təmsilçisi Leme Lissavetski, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov iştirak edib.
Bildirilib ki, müzakirələr 4 məsələ - oyunlara pul qoyuluşu, vizalar, antidopinq və idman sahəsində müstəqilliklə bağlı olub. Xanım Battani-Draqoni iki il öncə Afinadakı konfransda verilən 17 ideyadan 8-nin bu gün Bakıda müzakirə edildiyini söyləyib. O, həmçinin bildirib ki, növbəti toplantıları Serbiyada olacaq.
Janişevski 2009-cu ildə 600-dən çox yarışın keçirildiyini bildirib: “Serbiya kimi ölkə viza məsələlərinə 1 milyon avro xərcləyib. Biz sistemi sadələşdirməyə, dövlətin xərclərini azaltmağa çalışırıq. İnanırıq ki, növbəti konfransa qədər müəyyən nailiyyətlər əldə ediləcək”.
Lissavetski dopinqlə bağlı “sıfır dözümlülük” prinsipindən danışıb: “Qabaqcadan tədbirlərin görülməsinə, nəzarət və monitorinqin gücləndirilməsinə çalışmalıyıq. Dopinqlə bağlı sanksiyaların ağırlaşdırılması nəzərdə tutulub. Son iki ildə dopinqdə tutulan idmançıların sayı artıb. Bunun qarşısını almaq üçün idman təşkilatları dövlətlə birgə çalışmalıdır. 2011-ci ildə yeni siyahı açıqlanacaq. Antidopinq Konvensiyasına yeni maddələrin adları daxil ediləcək və yenidən qəbul olunacaq. Dopinqdən istifadə dözülməzdir və buna qarşı mübarizə aparmaq lazımdır”.
Oyunların nəticələrinin qabaqcadan danışılmasına toxunan A.Rəhimov bununla bağlı geniş müzakirələr aparıldığını bildirib: “Konfransda totalizatorla bağlı araşdırma ilə tanış olduq. Totalizatorla bağlı fəaliyyətə başlayacağımız üçün araşdırma müəllifini Bakıya dəvət edib, məsləhətlərinə qulaq asacağıq. Bu sahədə fəaliyyətlə məşğul olmaq istəyən 3000 manat “Posterminal” adlı aparatı alıb, həmin məbləği banka köçürməlidir. Onun köşkü bağlanarsa, həmin aparatı qaytarıb pulunu geri ala bilər. Bu məbləğ girov kimi nəzərdə tutulub ki, sabah pulu götürüb harasa qaçmasın. Ödənişlər həmin aparatla birbaşa banka köçürüləcək”.

- Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
- "Formula 1": "Ferrari" pilotu sıralama turunu lider başa vurub - YENİLƏNİB
- "Formula 2": Sprint yarışının qalibi mükafatlandırılıb
- Bakıda sprint yarışı başa çatıb - YENİLƏNİB
- "Formula-2": Yaponiyalı sürücünün bolidində yanğın baş verib - FOTO
0
0