"Abşeron"un baş məşqçisi Erhan Toker "Naxçıvan"la matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, məğlubiyyəti şərh edib:
"Ceylon Şounun səhətində problem yarandığına görə meydana çıxa bilmədi. Bu, bizim üçün böyük itki idi. Digər basketbolçularla yerdəyişmə edib oynamağa çalışdıq. Lakin Ceylon bizim əvəzedilməz oyunçumuzdu və onun yerinə alternativ yoxdur. Bu baxımdan da onun yoxluğunu doldura bilmədik. Qarşılaşmada ilk perioda gözlədiyimizdən də pis başladıq. Sonradan görüşdə tarazlıq yarada bildik. Xüsusilə üçüncü periodda yaxşı idik. Sonluğu gətirə bilmədik. Qarşıda bizi NTD ilə matç gözləyir. Ceylon Şou heyətə qayıtsa bizim üçün çox yaxşı olacaq. Durumu yaxşılaşmasa bu heyətlə mübarizə aparmağa davam edəcəyik. Onun son durumuna həkimlərin rəyindən sonra aydınlıq gələcək".
Qeyd edək ki, "Naxçıvan" - "Abşeron" qarşılaşması birincilərin 102:82 hesablı qələbəsi ilə yekunlaşıb.