Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyun cədvəli açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Qarşılaşmalar ümumilikdə üç günü əhatə edəcək.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
27 oktyabr
14:00. "Şimal" – "Araz-Naxçıvan"
Şamaxı şəhər stadionu
14:00. "Marafon" – "Zaqatala"
"Marafon Arena"
17:00. "Kür-Araz" – "Sumqayıt"
"SOCAR Polymer Arena"
17:00. "Qəbələ" – "Mingəçevir"
Qəbələ şəhər stadionu
18:00. "Səbail" – "Zirə"
"Bank Respublika Arena"
28 oktyabr
14:00. "İmişli" – "Qaradağ Lökbatan"
Yevlax şəhər stadionu
14:00. MOİK – "Şahdağ Qusar"
Binə qəsəbə stadionu
14:00. "Hypers" – "Şamaxı"
Şamaxı şəhər stadionu
16:00. "Şəfa" – "Ağstafa Gəncləri"
"SOCAR Polymer Arena"
19:00. "Kəpəz" – "Baku Sportinq"
Gəncə şəhər stadionu, 19:00
29 oktyabr
14:00. "Xankəndi" – "Gəncəbasar"
Şamaxı OİK stadionu, 14:00
14:00. "Zəngəzur" – "Karvan Yevlax"
Binə qəsəbə stadionu
Qeyd edək ki, "Şimal" – "Araz-Naxçıvan", "Kür-Araz" – "Sumqayıt" və "Hypers" – "Şamaxı" matçları ev sahibi komandaların stadionlarının standartlara cavab verməməsi səbəbindən əsasnaməyə uyğun olaraq aparılan proseslərin nəticəsində qonaq klubların ev oyunlarını keçirdikləri stadionlarda baş tutacaq. Sözügedən görüşlərlə bağlı bütün təşkilati məsələlər cədvəldə adı ilk göstərilən klublar tərəfindən həyata keçiriləcək.
"Səbail" klubu isə əsasnaməyə uyğun olaraq alternativ stadion təqdim edib. "Dənizçilər" I Liqada təqvim üzrə açıqlanmayan ev oyunlarını da " Bank Respublika Arena"da keçirəcək.