Daha bir atletimiz dünya çempionatında medal qazanmaq şansını itirdi
23.09.2010 - 14:34
Daha bir atletimiz dünya çempionatında medal qazanmaq şansını itirdi
Ağırlıqqaldırma üzrə Türkiyədə keçirilən dünya çempionatında yığmamızın üzvü Nailxan Nəbiyev mükafatçılar sırasına düşə bilməyib. Apasport.az saytının məlumatına görə, Antalyada təşkil edilən böyüklər arasında mundialda debüt edən 16 yaşlı atletimiz C qrupunda mübarizə apararaq, iki hərəkətin cəmində 338 kq çəkinin öhdəsindən gəlib.

Birdən qaldırma yarışlarında 152 kq, təkanla qaldırmada isə 186 kq çəkini ram edən Nəbiyev bu göstərici ilə qrupda 5-ci yeri tutub. Onun yekunda qərarlaşacağı pillə isə A və B qruplarının nəticəsindən sonra müəyyənləşəcək.

Qeyd edək ki, atletimiz dünya çempionatı ərəfəsində çəkisini dəyişib və 85 kq çəki dərəcəsində mübarizə aparıb.