Ştorkun Azərbaycanla görüşə qədər vəzifəsində qalacağına zəmanət yoxdur
23.09.2010 - 15:48
Qazaxıstan yığmasının baş məşqçisi Bernd Ştorkun Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandası ilə görüşə kimi postundan getmək ehtimalı artır. Apasport.az saytının məlumatına görə, başı üstünü “qara buludlar” alan alman mütəxəssisin növbəti ilə qədər qalacağına inam günü-gündən azalır. Cari seçmə mərhələyə uğursuz başlayan Qazaxıstan yığması hər iki görüşdə uduzub. O, qrupumuzda qol vurmayan yeganə komandadır.
Qazaxıstan Futbol Federasiyasının baş katibi Sayan Hamitcanov da baş məşqçi postunda dəyişiklik etmələrinin mümkünlüyünə bir daha işarə vurub: “Bizi gələn ay Belçika və Almaniya yığmaları ilə çətin oyunlar gözləyir. Ancaq biz bu görüşlərdə xal qazanmağa çalışacağıq. Ştorkun taleyi ilə bağlı qərar birmənalıdır. Vəzifə yerinə yetirilməzsə, məşqçi vəzifəsindən azad olunacaq. Özü də bu il qalan iki oyunda 3 xal götürsə də, onun postunda qalacağına zəmanət yoxdur. İlin sonunda alman mütəxəssisin müqaviləsi bitir. Yığmanın baş məşqçisi ilə bağlı qərar federasiyamızın İcraiyyə Komitəsində qəbul olunacaq. Bu, ilin sonunda keçiriləcək”.
Qeyd edək ki, yığmamızla hər iki oyunu 2011-də keçirəcək Qazaxıstan yığmasının çalışdırıcısı qarşısında bu il 4 oyunda ən azı 3 xal qazanmaq vəzifəsi qoyulub.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0