Azərbaycan kubokunda yenilik
24.09.2010 - 23:03
Boks üzrə kişilər arasında keçiriləcək ilk Azərbaycan kubokunun başlama tarixi müəyyənləşib. Milli komandanın məşqçisi Nəriman Abdullayevin apasport.az sayına verdiyi məlumata görə, yığmanın tərkibini formalaşdırmaq baxımından böyük əhəmiyyət kəsb edən yarış oktyabrın 4-də start götürəcək.
Burada ölkəmizin ən güclü boksçularının iştirak edəcəyi gözlənilir. Abdullayev bildirib ki, tanınan idmançılardan bəziləri yarışa qatıla bilməyəcək: “Yarışa ciddi hazırlıq gedir. Burada Azərbaycanın ən güclü boksçuları qüvvələrini sınayacaqlar. Kubokun gərgin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olar. Son illər belə yarışların keçirilməsi mənim yadıma gəlmir. Bu cür turnirlər boksçularımız üçün çox lazımlıdır. Onlar burada həm təcrübə qazanır, həm də hazırlıqlarının hansı yerdə olduqlarını görürlər. Amma bəzi idmançılarımız yenicə hərbi xidmətə yollandığından ola bilsin onları rinqdə digər boksçular əvəz etsinlər”.
4 gün davam edəcək Azərbaycan kubokunun daha da maraqlı keçməsi üçün paytaxtımıza 3 komandanın da gəlməsi gözlənilir. Abdullayevin sözlərinə görə, Bakıya gələcək boksçular yarışa əlavə güc qatacaqlar: “Kuboka Gürcüstan, Dağıstan və Çeçenistandan da ən güclü idmançıların gəlməsi gözlənilir. Onlar Bakı rinqində mübarizəyə qoşularlarsa çox gözəl olacaq”.
Şağan Olimpiya Kompleksində təşkil ediləcək turnirdə yeniliklər də olacaq. Yığmanın məşqçisi bildirib ki, London Olimpiya Oyunlarında boksçuların 11 deyil, 10 çəki dərəcəsində mübarizə aparacağını nəzərə alan Azərbaycan Boks Federasiyası bu yarışı da həmin çəkilər üzrə keçirəcək: “Boksçular yeni çəkilərdə qüvvələrini sınayacaqlar. Çünki artıq sentyabrdan bu qərar qüvvəsinə minib və mötəbər turnirlərdə 10 çəki üzrə qaliblər müəyyənləşəcək”.

0
0