Ramil Həsənov yenə dünya çempionu oldu - FOTO
27.09.2010 - 10:55
Serbiyanın paytaxtı Belqradda yeniyetmə və kadetlər arasında kikboksinqin WAKO versiyası üzrə keçirilən dünya çempionatının qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışda 28 idmançı ilə təmsil olunan Azərbaycan yığması vətənə 4 qızıl, 1 gümüş və 2 bürünc medalla qayıdıb.
Komandamızın heyətində Ramil Həsənov (63 kq layt-kontakt), Əli Səfərli (57 kq loukik), Camal Məmmədov (51 kq loukik) və Əfqan Rəhmanlı (51 kq K-1) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda uduzan Rəvan Şəbiyev (51 kq K-1) gümüş medalla kifayətlənib. Fərid Ağamoğlanov (51 kq ful-kontakt) və Ruslan Musayev (42 kq layt-kontakt) isə dünya çempionatının bürünc medalla başa vurublar.
Bundan əlavə, dünyanın 48 ölkəsindən gələn 1400 nəfərdən çox idmançının iştirak etdiyi yarışda kikboksinqçilərimiz yüksək peşəkarlıq, texniki, fiziki və psixoloji hazırlıq nümayiş edərək ən yüksək nailiyyətlərə qadir olduqlarını bir daha sübut ediblər və komandamız nizam-intizama görə də yarışın təşkilatçıları tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, bu dəfə də planetin ən güclüsü adını qazanan Ramil Həsənov bundan əvvəl bir dəfə dünya, bir dəfə Avropa, iki dəfə Azərbaycan çempionu olub. Azərbaycanın idman ustasıdır.
O bu ilin iyununda İspaniyanın paytaxtı Madriddə şəhərində keçirilən “KICKBOXING” üzrə dünya çempionatında (yunior) layt kontakt (+55) yarışında qızıl medala layiq görülməklə dövlət himnimizi səsləndirib.

0
0