Yığmamızın kapitanı: Mən gələcəyi görən Vanqa deyiləm
27.09.2010 - 18:30
“Mən siyasi həvəsimi gizlətmirəm. 2002-ci ildən Kirsan İlyumjinovu dəstəkləyirəm. Məhz o, şahmat dünyasını birləşdirdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan şahmat yığmasının kapitanı Zurab Azmayparaşvili deyib. Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Ümumdünya sahmat olimpiadasında iştirak edən Aymayparaşvili eyni zamanda FİDE-də vitse-prezident postunu tutur. Sentyabrın 29-da məsul turnirin keçirildiyi məkanda FİDE-də prezident seçkiləri keçiriləcək. Hazırkı prezident Kirsan İlyumjinovun rəqibi məşhur şahmatçı, sabiq dünya çempionu Anatoli Karpovdur.
Seçkilərə münasibətini bildirən yığmamızın kapitanı rəhbərini dəstəklədiyini söyləyib: “İlyumjinovun gəlişi ilə böyük turnirlərin sayı 10 dəfə artdı, “Qran-pri” keçirilməyə başlandı. Bəli, səhvlər olub, ancaq bunlar ziyana yox, oyunun xeyrinədir. Anatoli Karpova qarşı çıxmıram, ancaq hesab edirəm ki, İlyumjinov şahmata daha çox fayda gətirəcək”.
İlyumjinov seçkilərlə bağlı proqnoz verməkdən çəkinib: “Mən gələcəyi görən Vanqa deyiləm ki, belə şeylər edim. Ancaq qeyri-rəsmi söhbətlərdə məsələnin artıq həll olunduğu deyilir. 160 ölkədən artıq 93-ü İlyumjinovu rəsmən dəstəkləyib. Özü də qələbə üçün sadə say çoxluğu yetərlidir. Əminəm ki, qələbəni Kirsan Nikolayeviç qazanacaq”.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0