Avstriya - Azərbaycan görüşünün hakimləri müəyyənləşdi
28.09.2010 - 09:37
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Avstriya – Azərbaycan oyununu idarə edəcək hakimlər briqadasının tam tərkibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, oktyabrın 8-də Vyana şəhərindəki “Ernst Happel” stadionunda baş tutacaq görüşün baş hakimi danimarkalı Nikolay Vollkvartsa həmyerliləri kömək edəcəklər.
45 yaşlı ədalət təmsilçisinin briqadasında Torben Yensen, Henrik Kristensen, Kenn Hansen yer alacaq. Onların işinə fransalı hakim-inspektor Mişel Votro qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə rumıniyalı Dumitru Mihalaçe olacaq.
Qeyd edək ki, Vyanadakı qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Mənbə: affa.az

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0