Boksçumuz Türkiyədə ən yaxşı seçildi
28.09.2010 - 10:55
Türkiyənin Trabzon şəhərində boks üzrə keçirilən beynəlxalq turnirin qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 10 ölkənin qatıldığı yarışda Azərbaycanı “Neftçi” İSM-in 7 idmançısı təmsil edib və vətənə 4 medalla qayıdıb.
Yeni çəkilər üzrə keçirilən turnirdə Nurlan Qasımlı (49 kq) bütün rəqiblərinə qalib gələrək, çempion adını qazanıb. Döyüşlərində Avropa çempionatının gümüş mükafatçısını və digər güclü boksçuları məğlub edən təmsilçimiz həm də yarışın ən texnikalı idmançısı adına sahib olub.
Qasımlının uğurunu digər komanda yoldaşları təkrarlamağa yaxın olsalar da, finalda qələbə qazana bilməyiblər. İlkin Seyfəddinov (52 kq) və Ruslan Qasımov (60) həlledici görüşdə uduzaraq, gümüş medala layiq görülüblər. İlk 2 döyüşündə qələbə qazanaraq yarımfinala yüksələn Rəşad Abdullayevin (+91) finala gedən yolunu isə zədə problemi kəsib. Biləyindən xəsarət alan həmyerlimiz 1/2 final görüşünə çıxmayıb və 3-cü yeri tutub.
Qeyd edək ki, turnirdə 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan Azərbaycan yığması komanda hesabında II olub. Birinci yerdə Türkiyə, üçüncü yerdə isə Almaniya boksçuları qərarlaşıblar.

0
0