Yoahim Lövə yeni ad verildi
28.09.2010 - 14:39
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv növbəti titulunu qazanıb. Apasport.az saytının məlumatına görə, mütəxəssisə “Frayburq” klubunun fəxri kapitanı adı verilib.
Bundesliqa təmsilçisinin prezidenti Frits Keller Lövün klub qarşısındakı xidmətlərini bu yolla qiymətləndirmək qərarına gəlib. Bundestimin çalışdırıcısı 1978-80, 1982-84 və 1985-89-cu illərdə futbolçu kimi “Frayburq”da çıxış edib.
Qeyd edək ki, Löv klubun 106 illik tarixi ərzində 6-cı fəxri kapitandır.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0