Korkmaz yığmamıza qarşı oynamayacaq
28.09.2010 - 14:48
Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsində növbəti rəqibi olan Avstriya yığması Ümik Korkmazın xidmətindən məhrum olub. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Ayntraxt” klubunun milliyətcə türk olan futbolçusu oktyabrın 8-də Vyanada millimizə qarşı oynaya bilməyəcək.
Ötən oyunlarda heyətdə yer alan yarımmüdafiəçi virus infeksiyasına görə Qazaxıstanla görüşdə də iştirak etməmişdi. Digər yarımmüdafiəçi Kristof Leytqeb (“Zalsburq”, Almaniya) də bu dəfə dəvət almayıb.
Rəqibin heyətində bir sıra dəyişiklər geri dönənlərlə bağlıdır. Belə ki, yarımmüdafiəçi Paul Şarner (“Vest Bromviç”, İngiltərə) və hücumçu Marko Arnautoviç (“Verder”, Almaniya) yığmaya qaytarılıb. Avstriyanın “Vakker” klubunun müdafiəçisi Fabian Kox isə yığmanın debütantıdır.
Qeyd edək ki, Avstriya yığmasının baş məşqçisi Ditmar Konstantini Azərbaycan və Belçika milliləri ilə oyunlara 23 futbolçu çağırıb.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0