“Məşqçim mənə dedi ki, bu adamları məyus etməyə haqqın yoxdur” - MÜSAHİBƏ
28.09.2010 - 23:03
Həmyerlimiz Əli İsmayılov bir neçə gün öncə peşəkar rinqdə növbəti qələbəsini qazandı. Asiya Peşəkar Boks Assosiasiyasının kəməri uğrunda döyüşdə macarıstanlı Jozef Nadı ikinci raunda nokdauna salan İsmayılov bu və gələcək döyüşləri ilə bağlı apasport.az saytının suallarını cavablandırıb.
- 18-ci görüşünüzdə 15-ci qələbəni qazanmanız münasibəti ilə sizi təbrik edirik. Döyüşün belə tez yekunlaşacağını gözləyirdinizmi?
- Murmansk şəhərinin Buz İdman Sarayında keçirilən döyüş mənim üçün uğurlu alındı. Sözün düzü, rəqibi II raundda məğlub edəcəyimi gözləmirdim. VI raunda kimi bərabər mübarizənin gedəcəyini proqnozlaşdırırdım. Amma döyüş gözlədiyimdən çox tez başa çatdı və qələbə qazandım. Asiya Peşəkar Boks Assosiasiyasının kəmərini isə belimə yarışa fəxri qonaq kimi dəvət edilən Nikolay Valuyev bağladı.
- Rəqibə belə tez qalib gəlməyinizi gözləmədiyiniz halda, II raunda onu nokdauna salmağın nəyin sayəsində baş verdi?
- Qələbəmdə bir sıra amillər əsas rol oynadı. Bunların birincisi Jozef Nad barəsində ətraflı məlumatlar toplamağım oldu. Onun xüsusilə son 3 döyüşünü ciddi analiz etmişdim. Hətta bəzən bu videoyazılara gündə 2-3 dəfə baxaraq, məşqçimlə əks-fəndlər üzərində işləyirdik. Demək olar ki, Nadın döyüşünü tam mənimsəmişdim və onun zəif və güclü nöqtələrinin hamısını bilirdim. İkinci səbəb kimi isə gərgin məşqlərim qələbəmdə böyük pay sahibi oldu. Son 1 ayda istirahət nə olduğunu bilmirdim. Döyüşdə qalib gəlmək üçün ciddi çalışırdım.
- Murmanskda qələbə qazanmağınızda azarkeşlərin rolu da az olmayıb...
- Orada mənə qarşı belə dəstək olacağını bilmirdim. Məni ruhlandırmağa çox sayda azərbaycanlı gəlmişdi. Onlar hətta əvvəlcədən 1 sektoru sifariş etmişdilər. Döyüş günü isə onların yer aldıqları sektorda Azərbaycan bayraqları, şəkillərim və şüarları görmək qürurverici idi. Qələbə qazanmağımda onların əməyi də yüksək oldu və məni daha da ruhlandırdı. Döyüşə çıxanda da məşqçim birinci onları göstərdi və bildirdi ki, bu adamları məyus etməyə haqqın yoxdur.
- Qələbədən sonra rəqibiniz və onun məşqçisi döyüşə münasibət bildirdimi?
- Görüşdən sonra məşqçi döyüşün belə tez başa çatmasını gözləmədiyini etiraf etdi. O görüşün uzanacağını və cütün taleyinin son raundlarda həll ediləcəyini fikirləşirmiş. Bizimlə söhbətdə yetirməsinin güclü hazırlaşdığını söylədi. Mən də cavabında buraya iddialı gəldiyimi dedim.
- Jozef Nadı nokdauna “salan” əlcəkləriniz isə döyüşdən sonra hərraca çıxarılıb və azərbaycanlıya qismət olub...
- Əlcəkləri döyüşdən çıxdıqdan sonra xeyriyyə məqsədi ilə satıldı. Belə ki, belimə Nikolay Valuyev kəməri bağladıqdan sonra onun da şəxsi əşyaları və mənim əlcəyimin satılacağı elan edildi. Bunun üçün əlcəklərimin üzərinə avtoqraf atdım və satıldı. Lakin qiyməti barədə heç bir məlumatım yoxdur. Çünki həmin vaxt paltardəyişmə otağına yollanmışdım.
- Həvəskar boksda çıxış edən zaman tez-tez yarışlara qatılırdınız. Amma peşəkar döyüşün qaydaları və keçirilmə vaxtı tam ayrıdır. Bu hazırlığınızda hansısa problemlər yaratmır ki?
- Həvəskar boksda demək olar hər ay yarışlar və beynəlxalq turnirlər olurdu. Amma burada 3 ayda 1 döyüş keçirməli olursan. Döyüşlər müxtəlif titullar uğrunda olduğundan raundlar da fərqlənir və 8, 10 və 12 hissədən ibarət olur. Buna görə də hazırlıq üçün vaxt tələb olunur. Artıq vərdiş etmişəm. Burada təcrübədən çox hazırlıq mühüm rol oynayır. Çünki yükləmələr çox olur və döyüşlər gərgin keçir.
- Növbəti döyüşünüz dekabra təsadüf edəcək...
- İlin sonuna kimi bir döyüş keçirməliyəm. Dekabra təsadüf edəcək görüşün tarixini demək çətindir. Çünki hələ rəqibimin adının bilinməsi üçün vaxta ehtiyac var. İnşallah, onun kimliyi müəyyənləşdikdən sonra 2010-cu ili gözəl qələbə ilə yekunlaşdırmağı planlaşdırıram.
Tahir HÜMMƏTOV

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0