“Qalatasaray” Arda Turanı Azərbaycanla oyuna buraxmır
29.09.2010 - 08:53
Türkiyə milli komandasının baş məşqçisi Qus Hiddink və “Qalatasaray” klubunun rəhbərliyi arasında problem yaranıb. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan türkiyəlilərin düşərgəsində belə hadisənin yaşanmasına komandanın aparıcı futbolçuları səbəb olublar.
Belə ki, oktyabrın 8-də Almaniya, 4 gün sonra isə millimizlə keçiriləcək görüşlər üçün heyəti iki gündən sonra açıqlayacaq Hiddink bəzi futbolçuların komandada yer alacağını indidən qətiləşdirib. Bu isə “Qalatasaray”ın düşərgəsində narazılıqlar qarşılanıb. Klubun prezidenti Adnan Polat Sabri Sarioğlu, Hakan Balta və Arda Turanın milliyə çağırılmasının əleyhinədir. Zədədən yeni sağalan futbolçularının yığmaya tam hazır olmadığını iddia edən “Cim-Bom”un rəhbəri onların yenidən xəsarət almasından çəkinir. O, bir aydır çempionatda oynaya bilməyən futbolçularının millidən dəvət almasından narazıdır. Baş məşqçi Frank Raykaard da Polatın fikirlərinə şərik olub. Hiddink isə bu “üçlüy”ün Almaniya və Azərbaycandakı görüşlərdə oynamalı olduğunu düşünür.
Eyni zamanda hollandiyalı mütəxəssislə “Fənərbaxça” arasında da bənzər problem yaşanır. Məşqdə zədələnən və yığmanın oyunu ilə əlaqədar yaranan fasilə dövründə sağalacağı gözlənən Semih Şəntürk də Hiddinkin siyahısında yer alacaq.
Qeyd edək ki, Sabri “Qaziantepspor”la Superliqa oyununda, Arda isə Avro-2012-nin sentyabrın 7-də Belçika ilə oyununda zədələnib. Hakan isə klubunun məşqlərinə də qatılmır.

- AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib
- Bakıda “İdmanda Hüquq və Ədalət” üzrə beynəlxalq konfrans keçirilib
- İslam Oyunları: Türkiyə zirvədə – Azərbaycan ilk “altılıq”da
- 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib
- Türkiyəli çempion: "Nuray gələcəkdə böyük uğurlar qazanacaq"
0
0