İrlandiyalı milli komandamızın oyununa təyinat aldı
29.09.2010 - 12:07
İrlandiyalı milli komandamızın oyununa təyinat aldı
Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsində Türkiyə yığması ilə oktyabrın 12-də Bakıda keçirəcəyi rəsmi oyunun hakim-inspektoru və UEFA nümayəndəsi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Aleksandru Dyakonunun başçılıq etdiyi rumıniyalı hakimlərin işini irlandiyalı hakim-inspektor Con Varda qiymətləndirəcək. Serbiyalı Neboyşa İvkoviç isə UEFA nümayəndəsi kimi təyinat alıb.

Qeyd edək ki, Dyakonuya Adrian Vida, Radu Ginquleaç və Sebastyan Koltesku kömək edəcək.

Mənbə: affa.az
0