Şarapova hamıdan varlıdır
29.09.2010 - 16:55
Qadınlar arasında il ərzində ən çox qazanan idmançıların yeni siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, ilk “üçlük”də yalnız tennisçilər qərarlaşıblar.
Belə ki, son siyahıda olduğu kimi, siyahıya yenə rusiyalı tennisçi Mariya Şarapova başçılıq edir. 23 yaşlı idmançı dünya reytinq cədvəlində liderliyi əldən versə də, qazancı azalmayıb və ildə 24,5 milyon ABŞ dolları gəlir əldə edir.
İkinci yeri onun həmkarı Serena Ulyams tutur. Karyerası ərzində kortlarda 33 milyon dollar qazanan amerikalı ildə xəzinəsinə 20,2 milyon dollar əlavə edir. Qadınlar arasında dünyanın ən güclüsü olan Serenanın əsas gəliri ölkəsində böyük səhmlərə malik olduğu moda şirkətindəndir. Ən çox qazanan qadın idmançıların ilk “üçlüy”ünü Ulyamsın bacısı Venus qapayır.
İlinə 15,4 milyon dollar qazanan Venus də moda şirkətinin ortaqlarından biri sayılır.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0