Belçika millisi Azərbaycanla oyun öncəsi özünə rəqib tapdı
30.09.2010 - 09:24
Belçika millisi Azərbaycanla oyun öncəsi özünə rəqib tapdı
Azərbaycan yığmasının Avro-2012-nin seçmə mərhələsində görüşəcəyi Belçika yığması özünə rəqib tapıb. Apasport.az saytının məlumatına görə, belçikalılar noyabrın 17-də Rusiya ilə Moskvada yoldaşlıq görüşü keçirəcəklər.

Bununla, Advokat keçmiş komandası ilə görüşmək imkanı qazanacaq. Axı hollandiyalı mütəxəssis bu il Rusiya yığmasının baş məşqçi postuna Belçika millisindən istefa verərək gəldi.

Bu, belçikalıların yığmamızla oyuna hazırlıq matçı olacaq. Millimiz gələn il ilk rəsmi oyununu martın 29-da səfərdə məhz bu rəqiblə keçirəcək. Noyabrın 17-də isə Berti Foqtsun baş məşqçisi olduğu komandamız səfərdə Çernoqoriya ilə yoldaşlıq görüşünə çıxacaq.