Zahar Yefimenko: Eltac Səfərlinin yaxşı şansı var idi
01.10.2010 - 12:39
“Qələbə həmişə başucalığıdır. Mən çox fikirləşdikdən sonra çətin oyunlarda qalib gəldim. Həqiqətən də çox xoşbəxtəm. Çünki qazandığım xallar yığmamızı çətin vəziyyətdən qurtarıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna şahmatçısı Zahar Yefimenko deyib.
Ümumdünya Şahmat Olimpiadasında komandasının 4-cü lövhəsində çıxış edən zəka sahibi 8-ci turda həmyerlilərini Rusiya-1-lə məğlubiyyətdən xilas edib (2:2), son turda isə Azərbaycan üzərində qazanılan qələbədə əsas pay sahibi olub. Hər iki görüşdə heç-heçə ilə qane olmayaraq, sonacan mübarizə aparan Yefimenko milli komandamızın debütantı Eltac Səfərlinin məğlubiyyətinə münasibət bildirib: “Hesab bərabər idi. Onun heç-heçə etmək üçün gözəl şansı vardı. Lakin sonda Eltac Səfərli səhv gediş etdi. O şahı ilə mənim “girovda” olan piyadama qarşı getdi və bununla da görüşün taleyi xeyrimə həll olundu”.
Qeyd edək ki, kişilərdən ibarət Ukrayna yığması Olimpiadada 9 turdan sonra uduzmayan yeganə komandadır. Onlar 7 qələbə və 2 heç-heçə ilə turnir cədvəlinə başçılıq edirlər.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0