Almaniya – Azərbaycan matçı rekord vurub!
01.10.2010 - 14:14
Almaniyanın ən çox izlənən televiziya verilişi məlum olub. Apasport.az saytının məlumatına görə, həmişə dəqiqliyi və operativliyi ilə seçilən Berti Foqtsun həmyerliləri artıq sentyabrla bağlı araşdırmaları yekunlaşdırıb. Onlar ötən ayın ən böyük auditoriya toplayan televiziya proqramlarının siyahısını açıqlayıblar.
Birinci pillədə Foqtsun rəhbərlik etdiyi futbol üzrə Azərbaycan milli komandası durur. Daha doğrusu, yığmamızın Almaniya millisi ilə Kölndəki qarşılaşması. Avro-2012-nin seçmə mərhələsinin sentyabrın 7-də baş tutan bu oyununu 10 milyon 720 min tamaşaçı mavi ekranlar qarşısında izləyib. Bundestimin 6:1 hesabı qələbəsini izləyənlərin sayı Belçika ilə görüşə baxanlardan da çox olub. Həmin qarşılaşmanı 9 milyon 800 min tamaşaçı izləyib.
Qeyd edək ki, ən çox izlənən müəllif proqramı “Dar çiyinlər” 9,2, ən çox sevilən şou proqramı “Almanlardan viktorina” verilişini cəmi 5,67 milyon nəfər seyr edib.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0