Tanju milli komandamızla görüşə gəlməyəcək
02.10.2010 - 10:52
Avstriyanın “Rapid” klubunun futbolçuları Azərbaycana gəlmək imkanını əldən buraxıb. Apasport.az saytının məlumatına görə, Avroliqada çıxış edən komandanın “Beşiktaş”la ev oyununu izləmək üçün Vyanaya gedən Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink bir sıra türk əsilli futbolçuları izləyib. O, Vəli Kavlakı çox bəyənsə də, bu oyunçunun Avstriya yığmasını seçməsi səbəbindən çağırılmasının mümkün olmadığını anlayıb. Hiddink Türkiyə yığmasında oynamaq imkanı olan yeganə futbolçu – Tanjunu Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Almaniya və Azərbaycanla səfər oyunlarına dəvət etməyi lazım bilməyib. Hollandiyalı mütəxəssis bunu futbolçunun istənilən səviyyədə olmamağı ilə izah edib.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0