“Hakimin bir qərarı və futbolçularının çəkdikləri zəhmət hədər getdi”
03.10.2010 - 14:22
Salyanın “Muğan” klubu da Unibank Premyer Liqasındakı hakimlikdən narazı klublar sırasına qoşulub. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi bununla bağlı bəyanat yayıb. Salyanlılar rəsmi internet saytında yer alan bəyanatda VIII turun “İnter”lə qarşılaşmasında baş verənlərdən şikayətləniblər: “Muğan” Futbol Klubu olaraq 01.10.2010 tarixdə keçirilmiş “İnter” – “Muğan” oyununda yol verilmiş hakim xətalarından təəssüfləndiyimizi və bu cür neqativ halların futbolumuzun inkişafına maneə olduğunu bildirmək istərdik
“Muğan” rəsmiləri hakim səhvlərini də açıqlayıblar: Oyunun yüksək mübarizə şəraitində keçməsinə baxmayaraq bir sıra epizodlarda qeyri-obyektiv məqamların şahidi olduq. Matçın 47 – ci dəqiqəsində Aleksandr Çertoqanovun Elnur Abdullayevə vurduğu zərbə nəticəsində referi Çertoqanovu sarı vərəqə ilə cəzalandırdı. Halbuki, qaydalara əsasən qəsdən edilmiş bu cür hərəkətlər dünya futbolu praktikasında birmənalı olaraq qırmızı vərəqə ilə cəzalandırılır”.
Salyanlıların fikrincə 0:1 hesabı ilə uduzduqları görüşdəki qol da düzgün olmayan penaltidən vurulub: Matçdakı ən çox sual doğuran vəziyyət isə sağ cinah müdafiəçisi Novruz Məmmədovun Dmitri Kruqlovla mübarizə şəraitində baş verdi. Sadə dildə desək, hakim yanlış olaraq “Muğan”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi. və çox təəssüflə qeyd etməliyik ki, bu yanlışlıq matçın taleyinin həll etdi və matç ərzində “Muğan” futbolçularının çəkdikləri zəhmət demək olar ki, hədər getdi.
Bəyanatda hakimlər briqadasının daha iki səhvi əks olunub: Çox keçmədi ki, daha bir cərimə epizodu “İnter” komandasının qapısı qarşısında yarandı. 89–cu dəqiqədə Daniel Genov əli və ayağı ilə Tural Axundovu itələdi. Birmənalı şəkildə yaranmış penalti vəziyyəti matçın referisi tərəfindən çox anlaşılmaz şəkildə davam qərarı ilə yekunlaşdı. Nəinki futbol, ümumiyyətlə idmana yaraşmayan ən neqativ hal 90+2 ci dəqiqədə yaşandı. “İnter” komandasının qapıçısı Dmitri Kramarenko Nikolay Valevi hakimin və stadiona toplaşan tamaşaçıların gözü qarşısında vurdu və qapıçı tərəfindən yaranmış olan bu çaxnaşma digər oyunçuların da münaqişəyə müdaxiləsi və mübahisənin daha da böyüməsinə səbəb oldu. Az sonra İlya Kandelaki zərbə ilə Anqel Qutierrezi yerə sərdi “İnter” komandasının qapıçısının yaratdığı bu dava–dalaş və matçda vaxt itkisinə yönəlik hərəkətlər qolkiperə sadəcə olaraq sarı vərəqə göstərilməsi ilə nəticələndi.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0