Mehmet Topuz Bakıya gəlir
04.10.2010 - 10:00
“Fənərbaxça”nın daha bir futbolçusu Bakıya gəlir. Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin baş məşqçisi Qus Hiddink yarımmüdafiəçi Mehmet Topuzu Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Almaniya, 12-də Azərbaycan yığması ilə səfər oyununa çağırmaq fikrindədir.
O, “Fənərbaxça”da komanda yoldaşı olan yarımmüdafiəçi Səlcuk Şahini əvəzləyəcək. Zədə üzündən yığmanın heyətindən çıxarılan Səlcukla yanaşı, digər “Fənərbaxça”lı yarımmüdafiəçi Özər Hurmaçının da belə problemi olduğundan, eyni aqibət gözləyir.
Qeyd edək ki, Topuz yığmamızın kapitanı Rəşad Sadıqova çox tanış futbolçudur. Onlar 2005-06-cı illərdə “Kayserispor”da bir yerdə oynayıblar. Rəşad hətta Mehmetlə otaq yoldaşı da olub.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0