Dilmən: Almanlara uduzub, Bakıda qələbə qazanmaq üstünlük deyil
05.10.2010 - 10:18
Dilmən: Almanlara uduzub, Bakıda qələbə qazanmaq üstünlük deyil
“Milli komandamızın qrupdakı mövqeyi baxımından bizi qarşıda çox önəmli iki oyun gözləyir. Almaniyada 1, Azərbaycanda alınacaq 3 xal yığmamıza qrup liderliyi üçün böyük üstünlük yaradacaq. Ancaq Azərbaycan və Avstriya kimi komandalara xal verməməliyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyənin ən məşhur futbolçularından olan Rıdvan Dilmən deyib.

“Fənərbaxça”da çıxışı ilə, futbolçu karyerasını bitirdikdən sonra şərhçi kimi tanınan Dilmən yığmasının Avro-2012-nin seçmə mərhələsində Almaniya ilə Azərbaycanla səfər oyunlarında qazanacağı 4 xalı münasib nəticə sayır: “Almaniyada uduzub, Bakıda qələbə qazanmaq üstünlük deyil. Təbii ki, Berlindəki oyunun nəticəsi Bakıdakı görüşün strategiyasını dəyişdirməməlidir. Azərbaycan, Qazaxıstan və Avstriya ilə oyunlardan 6 xal almaq məcburiyyətindəyik. Xatırlasaq, ötən seçmə mərhələdə Bosniya və Herseqovina yığmasına sadəcə 1 xal verməyimizə rəğmən, digər xal itkilərinə görə pley-offa qatılmadıq. Yəni Azərbaycanla oyun Almaniya ilə görüşün nəticəsinə görə strateji təyin olunacaq bir matç deyil”.