Türkiyə yığması Bakıda 2 açıq məşq keçəcək
05.10.2010 - 10:47
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 12-də Azərbaycan yığmasının qonağı olacaq Türkiyə millisi Bakıda mətbuat üçün 2 açıq məşq keçirəcək. Apasport.az saytının xəbərinə görə, oktyabrın 9-da paytaxtımıza gələcək qardaş ölkənin millisi ilk məşqini ertəsi gün reallaşdıracaq.
“Bakı” klubunun bazasında, saat 17:30-da baş tutacaq hazırlığın 15 dəqiqəsini KİV nümayəndələri də izləyə biləcək. Qus Hiddinkin yetirmələri oyun öncəsi son məşqini oktyabrın 11-də, saat 21:00-da matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda keçəcək. Bu məşq prosesinin də ilk 15 dəqiqəsi KİV nümayəndələri üçün açıq olacaq.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0