AİBA ilə Azərbaycan Boks Federasiyası arasında müqavilə imzalanacaq
28.01.2011 - 12:11
Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu Azərbaycana gələcək. Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Vu səfər çərçivəsində yanvarın 31-də Azərbaycan Boks Federasiyasının prezidenti Kamaləddin Heydərovla görüşərək, müqavilə imzalayacaq. Müqavilə bu ilin sentyabrında Bakıda keçirilməsi nəzərdə tutulan dünya çempionatı ilə bağlı olacaq. İmzalanma mərasimindən sonra mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, dünya çempionatı 2012-ci il London Olimpiadasına lisenziya xarakteri daşıyacaq.
Qeyd edək ki, dünya çempionatı 2012-ci il London Olimpiadasına lisenziya xarakteri daşıyacaq.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0