5 il millimizlə oyunu gözləyən
30.03.2011 - 15:06
Azərbaycan millisi ilə oyun Belçika yığmasının bəzi oyunçuları üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Mərakeş əsilli yarımmüdafiəçi Naser Şadli yığmadakı qol hesabını məhz millimizlə görüşdə açıb.
22 yaşlı futbolçu 3-cü dəfə formasını geyindiyi komandanın ev oyununda Kamran Ağayevi məyus edib. Belçikalılarla 5 il əvvəl keçirilən oyunda digər futbolçu Mussa Dembele ilkə imza atmışdı.
Bu dəfəki matç Timmi Simons üçün də uğurlu alındı. O, 5 illik fasilədən sonra yığmada qol vurub. 35 yaşlı veteran sonuncu dəfə elə millimizə qol vurmuşdu. O, 2006-cı il oktyabrın 11-də elə Mussanın qol vurduğu matçda fərqlənmişdi.

- Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb
- Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək
- Azərbaycanın yelkən komandası Türkiyə reqatasında iştirak edəcək
- Fiziki imkanları məhdud uşaqlar üçün padel tədbiri keçirilib
0
0