Əli İsmayılov: Həyat yoldaşım da deyir ki, bəsdir uduzduğun
01.04.2011 - 14:52
“Növbəti rəqibim müəyyənləşəndən sonra məşqlərimə ara vermirəm. Çalışıram ki, bu dəfə uğursuzluğa son qoyam”. Bu sözləri apasport.az saytına açıqlamasında peşəkar boksçumuz Əli İsmayılov deyib.
İdmançımız aprelin 15-də Madriddə növbəti döyüşünü keçirəcək. Son 2 görüşündə nokautla uduzan İsmayılov bildirib ki, meksikalı Kimero Sançezlə döyüşə artıq hazırdır: “Məşqlərimi intensivləşdirmişəm. Son görüşdə zədələndiyimdən ölkə xaricində hazırlıq keçməyəcəyəm. Buna məşqçilərim icazə vermədilər. Amma deyə bilərəm ki, zədəmi artıq tam sağaltmışam. Düzdür, qaşımdakı çapığın diametri daha 1 sm böyüyərək, 3 sm-ə çatıb. Amma artıq hər şey qaydasındadır. Sınaqçı rəqib kimi isə yığmamızın sabiq üzvləri Cavid Tağıyev və Azər Məmmədovla işləyirəm. Fikrimcə, bu dəfə nəyə qadir olduğumu sübut edəcəyəm”.
Boksçunun sözlərinə görə, son 2 döyüşlə müqayisədə bu dəfə “zəif nöqtə”si üzərində ciddi işləyir: “Qaşımdakı yara 2009-cu ilin dekabrında rusiyalı Denis Lebedevlə keçirdiyim döyüşdən “yadigar” idi. Lakin son görüşümdə bunun yenilənməsi heç də təsadüfi olmadı. Polşada yerli idmançı Matyuş Masternakla qarşılaşdıqdan sonra özləri də etiraf etdilər ki, 3 aydır bunun üzərində işləyirlər. Çünki 5 raunddun hamısında hesabda mən öndə olsam da, sonda gözlənilmədən zərbə buraxdım və bu, son oldu. Sançezlə döyüşdə isə belə hal təkrarlanmayacaq. Həmin “zəif nöqtə”min üzərində ciddi işləyirəm. Hətta həyat yoldaşım da deyir ki, bəsdir uduzduğun”.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0